İçeriğe geçmek için "Enter"a basın

Hadi Rəcəblinin dairəsində də nəticələr ləğv olundu

13-02-2020


[r32]
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 74 saylı Lənkəran kənd dairə seçki komissiyasının nəticələrinin ləğv olunması barədə müraciətə baxır.

“BakuPost” xəbər verir ki, müraciətlə bağlı MSK-nın katibi Qabil Orucov məlumat verib.

O bildirib ki, müraciət barədə araşdırma aparılıb. Bəlli olub ki, seçkiyə müdaxilə halları öz əksini tapıb.

Yekun protokollarda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən olunub.

Bu pozuntular nəzərə alınara dairənin nəticələrinin ləğv olunması qanuna müvafiqdir.

MSK müraciəti səsverməyə çıxararaq dairənin nəticələrinin ləğv olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar açıqladığı ilkin nəticələrə görə, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin lider namizədi Hadi Rəcəblidir.

Hadi Rəcəblinin dairəsində də nəticələr ləğv olundu