[r32]
Milli Məclis 5-ci çağırışın spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.
Məlumata görə, Əsədov fevralın 9-da günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.
Mərkəzi Klinik Xəstəxanasından “Turan”a bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. “Bizim bu barədə məlumatıməz yoxdur”, xəstəxanadan bildirilib. (Turan)
***
Milli Məclis fevralın 9-da guya Milli Məclisin Sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil.
“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, – deyə məlumatda qeyd olunub