İçeriğe geçmek için "Enter"a basın

Mağazalarda bahalaşma: Çörək də bahalaşdı

22-02-2015

çörek1

Azadlıq.az-ın Axar.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycanda fevralın 21-də manatın məzənnəsinin anidən yüksəlməsi mağazaların bu durumu sui-istismar etdiklərini göstərmişdir. Çox az bir zaman bundan əvvəl elə yaxın qonşumuz Rusiyanın bu vəziyyəti yaşadığını gördük. Azərbaycan manatından fərqli olaraq rus rublu ikiqat dəyərsizləşmişdi. Amma buna rağmən uzun bir zaman bahalaşma görülmədi. Bahalaşma tədricən gərçəkləşməlidir.
Bakının bəzi mağazalarında qiymət artımı müşahidə olunmaqdadır.
Mağazalar dollarin məzənnəsinin dəyişməsindən sonra bəzi məhsulların qiymətini qaldırıblar. Artım əsasən tütün məmulatlarının qiymətində daha çox müşahidə edilir.

Mağazaların bəziləri isə siqaret satışını ümumiyyətlə dayandırıb. Bəzi marketlərdə isə 0,8 – 1 manata satılan siqaretlər 2 manat, 2 manat 10 qəpiyə təklif edilir.

Yayılan məlumatlara görə, şəhərin bəzi məişət texnikaları satan mağazaları da qiyməti artırıblar. Artım 30 faizə yaxındır .

İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib. Nazirlikdən əmin edirlər ki, nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Bakıda çörəyin də qiyməti bahalaşıb. Bəzi ərzaq dükanları baton çörəyi 50 qəpikdən satır. Əvvəl 30 qəpiyə olan bu çörəyin qiymətində indi 20 qəpik artım müşahidə olunur.

Mağazaların əksəriyyətində baton çörəyi yeni tariflə satılır. Bu da birdən-birə çörəyin 80 faiz bahalaşması deməkdir.

Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək
Çox az bir zaman bundan əvvəl yanı başımızda Rusiyanın bu vəziyyəti yaşadığını gördük. Azərbaycan manatından fərqli olaraq rus rublu ikiqat dəyərsizləşmişdi. Amma buna rağmən uzun bir zaman bahalaşma görülmədi. Bahalaşma tədricən gərçəkləşməlidir. Ümid edirik ki,bu duruma yetkili məqamlar müdaxilə edəcəkdir.
Azadliq.az

Mağazalarda bahalaşma: Çörək də bahalaşdı