İçeriğe geçmek için "Enter"a basın

Əli Həsənovun əsas media orqanı bağlandı – Agentliyin ləğvi kollektivə elan edilib

01-02-2020


[r32]
Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənova məxsus informasiya agentliyi – “Azadinform” fəaliyyətini dayandırıb.

“BakuPost” xəbər verir ki, agentliyin ləğvi dünən axşam kollektivə elan edilib və bu gündən bütün əməkdaşlarla müqavilələrə xitam verilib. Dünən gecədən saytda (“azadinform.az”) heç bir yenilənmə yoxdur.

1999-cu ildən fəaliyyət göstərən “Azadinform” İnformasiya Agentliyi Əli Həsənovun əsas media orqanlarından biri idi. O, vəzifəsindən azad edildikdən sonra nəzarətindəki saytlar fəaliyyətini dayandırmağa başlayıb.

Əli Həsənovun əsas media orqanı bağlandı – Agentliyin ləğvi kollektivə elan edilib