İçeriğe geçmek için "Enter"a basın

“Dedim haqqı budur…” – Sabiq rəis Tağı Əhmədov korrupsiyaya yol verdiyini etiraf edib

01-02-2020


[r32]
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov SPACE TV-nin “Sadə həqiqətlər” verilişində qalmaqala səbəb olan açıqlama verib.

Tağı Əhmədov rəis olduğu dövrdə ağılla pul qazandığını və dövlətin pulundan “oğurlamadığını” deyib:

“Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Mən də ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm”.

Tağı Əhmədov bununla, faktiki olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadəyə və korrupsiyaya yol verdiyini etiraf edib, amma əldə etdiklərini “öz ağlının nəticəsi” kimi qələmə verib.

Görünür, söbbət metronun “Sahil” stansiyasının üstündə yerləşən 21 mərtəbəli binadan gedir. Yeri gəlmişkən, həmin binada Tağı Əhmədovun da mənzili var.

Onu da qeyd etməyə dəyər ki, metro stansiyalarının üstündə çoxmərtəbəli binaların tikintisi yolverilməzdir və şəhərsalma standartlarının pozulmasıdır.(virtualaz.org)

“Dedim haqqı budur…” – Sabiq rəis Tağı Əhmədov korrupsiyaya yol verdiyini etiraf edib