İçeriğe geçmek için "Enter"a basın

Deputat Vahid Əhmədov : Elman Rüstəmov xalqı aldadıb

22-02-2015

Vahid

 

Elman Rüstəmov Azərbaycan millətinin başına qaynar su tökdü.
Bu sözləri Parlamentin İqtisadi Siyasət üzrə Komitəsinin üzvü, deputat Vahid Əhmədov haqqın.az-a bildirib.

“Bir çoxları beş dəqiqə ərzində böyük itkilər veriblər. Və mən onlardan çoxunun iflasa uğrayacağını istisna etmirəm”, – deputat deyib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ və Avropada 2008-ci ildən müşahidə edilən və ilk növbədə maliyyə sektoruna zərbə vuran böhrana girib:

“Bütün maliyyə sahəsi, ipoteka fondları, maliyyə təşkilatları sonda Azərbaycan xalqına zərbə vuracaq böyük itkilərlə üzləşib. Mən özüm Mərkəzi Bankla danışıqlar aparmışam, ani devalvasiyanın aparılmamasını və manatın kursunun tədricən salınmasını xahiş etmişəm. Mərkəzi Bankın rəhbərliyi bizi də, deputatları və bütün Azərbaycan xalqını aldadıb. Bundan sonra əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”, -deyə deputat əlavə edib.

“Milli Məclisin yaxın iclaslarının birində Mərkəzi Bankın hərəkətlərinin qanuniliyi barədə məsələ qaldıracağıq. Və qoy Elman Rüstəmov Parlamentin və xalqın qarşısında onu bu kritik qərarı qəbul etməyə sövq edən səbəbləri açıqlasın”, – deputat bəyan edib.

Vahid Əhmədov manatın ani devalvasiyasının kəskin böhran yaratmasını və xalqa zərbə vuracağını istisna etmir.

Ona görə də hökumət xalqın sosial müdafiəsi üzrə indidən tədbirlər görməlidir.
Azadliq.az

Bir yorum

  1. zakir 07/03/2015

    yaşa Vahid müəllim!!!

Yorumlar kapatıldı.

Deputat Vahid Əhmədov : Elman Rüstəmov xalqı aldadıb