İçeriğe geçmek için "Enter"a basın

Böyük Britaniyanın İrandakı səfiri həbs olundu

13-01-2020


[r32]
Böyük Britaniyanın İrandakı səfiri paytaxt Tehranda həbs olunub. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bunu “beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb. “The Daily Mirror”un xəbərində belə deyilir.

Səfir Robert Macaire bir neçə saat həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb. 53 yaşlı diplomat Əmir Akabir Universitetində etiraz nümayişlərini təşkil etməkdə günahlandırılıb.

Britaniyanın xarici işlər naziri Dominik Raab səfir Macairenin həbsindən sonra İran hökuməti ilə sərt xarakterli danışıqlar aparıb.

“Daily Mirror”a danışan xarici işlər naziri deyib: “Tehrandakı səfirimizin əsassız və izahat olmadan tutulması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. İran hökuməti yol ayrıcındadır. Ya İran Qərblə bütün siyasi və iqtisadi əlaqələri kəsməklə özünütəcrid yolunu davam etdirməlidir, ya da gərginliyi azaltmaq üçün addımlar atmalı və diplomatik yolla problemlərin həllinə çalışmalıdır”.

Məlum olub ki, Britaniya səfiri tələbələrin iştirak etdiyi etiraz aksiyasına qatılıb, bir müddət onlarla bir yerdə olub, daha sonra isə səfirliyə dönüb və həbs olunub.

İran Xarici İşlər Nazirliyinə edilən bir sıra təcili çağırışlardan sonra səfir sərbəst buraxılıb və onun səfirliyə qayıtmasına icazə verilib.

“İran News” “Twitter”də yazıb ki, Britaniya səfiri etiraz aksiyasından foto və video çəkdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

İran rəsmən sərnişin təyyarəsini vurduğunu etiraf etdikdən sonra Tehrandakı nümayişçilər yerli iqtidara qarşı şüarlar səsləndiriblər. Etirazçılar hesab edirlər ki, günahkarlar mühakimə olunmalıdırlar.

Səfir Macaire radikal aksiyaların təşkili, insanların təhrik edilməsi və yönləndirilməsində şübhəli bilinir.

Səfir Robert Macaire 2018-ci ilin martında Böyük Britaniyanın İrandakı elçisi təyin olunub(Musavat.com)

Donald Trampdan İrandakı etirazçılara farsca dəstək

ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyalarına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, tvitter hesabında etirazçılara fars dilində dəstək verib.

Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, – deyə, Tramp qeyd edib.

Trampın fikrincə, İran hakimiyyəti “insan haqları qruplarına ölkədəki etirazları yerində izləməyə və məlumatlar çatdırmağa imkan verməlidir”: “Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilməz. Dünya seyr edir”.

Böyük Britaniyanın İrandakı səfiri həbs olundu