İçeriğe geçmek için "Enter"a basın

Ramiz Mehdiyev iki vəzifəli şəxsi işdən çıxardı – AMEA-da yeni təyinatlar

09-01-2020


[r32]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov  vəzifəsindən azad edilib.

“Report”un məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin yanvarın 9-da keçirilən iclasında qərar qəbul edilib.

Qərarla institutun direktoru vəzifəsinin icrası müvəqqəti olaraq elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədova həvalə edilib.

Bundan başqa, Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən azad edilib. İqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov həmin vəzifəyə təyin olunub.

Bundan əlavə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları olub.

Akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin ediliblər.

Ramiz Mehdiyev iki vəzifəli şəxsi işdən çıxardı – AMEA-da yeni təyinatlar