Mərkəzi Bankın İdarə Heyəti Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsini müəyyən etdi
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir.
Məlumata əsasən, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.
“Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək”, – deyə bəyanatda vurğulanır.
salam men 10 gun bunan once viyator bankindan ehtiyacim olduqundan kiredit goturdum mene abs dolarinnan verdiler ki dolar oz mezenesinde qalacaq indise dolar qalxdi men neyniyeceyimi hec bilmirem bunun sonu nece olacaq
MENIMDE BANKA BORCUM DOLLARLADI MANAT ISTEYIRDIM VERMEDILER DEDILER DOLLAR VERIRIK ISTEYIRSEN BUYUR KOTUR MENDE MECBUR OLDUM KOTURDUM INDI COX PESIMANAM OZ VETENIMDE BANKLAR MENE MANAT VERMEDILER BUDA AXIRI 280 MANAT IDI AYLIQ CEDVEL UZRE BORCUM YENI 360DOLLAR INDI 378 MANATA QALXDI MEN NE EDECEYIMI BILMIREM ONSUZDA KUCLE VERIRDIM 100 MANAT ARTDI AYLIQ BORCUM BU NE OYUN IDI KETIRDILER BASIMIZA?…
DOLLAR NIYE UCUZLASMIR???????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
Hele bu harasidir Azerbaycanda qorxuram ki vezyet pis olsun
Manat niye ucuzlasdi havax qaxacaq tez yoxsa gec yoxsa hec qaxmicaqmi Azerbaycan niye bu gundedi
Kredit goturenlerin axiri nece olacaq kime deyek neyniyek axi bele olmaz neyniyim krediti dollarla verdiler menim ehtiyacim oldugundan goturdum onsuzda faizi beline qoymusdular buda bir yandan bele cixir 70 % pul veribler azerbaycanda dollar menim neyime gerek idi manatla niye vermediler ki indi mende bu zulume dusdum