[r32]
Bu gün İranın cənub-şərqində yerləşən Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimində izdiham yaşanıb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, izdiham nəticəsində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.
Xatırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.
***
“İnterfaks” xəbər verir ki, xəsarət alanların sayı 190 nəfərə çatıb.
***
Qasım Süleymani ilə dəfn mərasimində ölənlərin sayı artaraq 50 nəfər olub. Onların əksəriyyəti kişilərdir. Yaralıların sayı isə 200 nəfəri ötüb.
***
“TASS”ın məlumatına görə, Kirmanda ölənlərin sayı artaraq 56 nəfərə çatıb. 213 nəfər isə xəstəxanaya çatdırılıb.