İçeriğe geçmek için "Enter"a basın

MTN generalları rütbələrindən məhrum olunacaq

19-10-2015

mtngenerallariilhameliyevMilli təhlükəsizlik naziri vəzifəsindən azad edilən general-polkovnik Eldar Mahmudov, müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər generalların rütbələrindən məhrum olunacaqları gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, sözügedən şəxslərə verilən ali rütbələr iki qayda da geri alına bilər.

Birinci qayda məhkəmə qərarı ilə qanuni cəza qüvvəyə minəndən sonra ola bilər. Cinayət Məcəlləsinin 48-ci maddəsində qeyd olunur ki, məhkəmə qərarı ilə cəzalandırdıqdan sonra şəxs rütbədən və dövlət təltiflərindən məhrum edilə bilər.

Maddə 48. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə

Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.

İkinci isə prezidentin səlahiyyəti daxilindədir və dövlət başçısı istənilən zaman həmin şəxsləri ali rütbələrindən məhrum edə bilər.

MTN generalları rütbələrindən məhrum olunacaq