[r32]
Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Bu barədə “Report”a təhsil eksperti Etibar Əliyev məlumat verib.
Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:
“Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib” – deyə, E.Əliyev bildirib.
Rəfail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.
O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitunda çalışır.