İçeriğe geçmek için "Enter"a basın

Milli Məclis buraxılır – Prezidentə müraciət

28-11-2019


[r32]
YAP-ın siyasi şurasının təcili iclasında sensasion qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Prezident İlham Əliyevə parlamentin buraxılması ilə bağlı müraciət edib.

Azadlıq.az  APA-ya istinadən xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət edib.

Milli Məclis buraxılır – Prezidentə müraciət