İçeriğe geçmek için "Enter"a basın

“Manat ucuzlaşacaq”

20-02-2015

manat_dollar_00

İqtisadçı ekspert Natiq Cəfərli : “Ölkədə istehlak olunan ərzağın 55-60%-i xaricdən gətirilir. Manatın ucuzlaşması təbii ki, gətirilən məhsulun qiymətinə də təsir göstərəcək.”

Natiq Cəfərli, Azadlıq Radiosuna bildirib ki, manat ilin sonuna qədər 10-15 % ucuzlaşacaq: “Hökumət, Mərkəzi Bank manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Görünür, addım-addım, yumşaq şəkildə məzənnənin dəyişilməsinə gedəcəklər və ilin sonuna qədər manat 10-15% civarında ucuzlaşacaq”.

Onun fikrincə, inflyasiyanın, qiymət artımının qarşısını inzibati yolla almaq mümkün olmayacaq. Ölkədə qeyri-neft sektorunun ixracatda payı 2%-dən çox deyil, ona görə də, ucuz manatın bu sahədə ixracatın artmasına kömək edəcəyi fikri mübahisəlidir.

Ümumiyyətlə, 2015-ci ilin “ulduzu” dollar olacaq. Çünki ABŞ iqtisadiyyatı daha tez dirçəlir və inkişaf edir, avro zonada problemlər qalır. Hətta bu il kredit, daşınmaz əmlak, avtomobil bazarında da “dollarlaşma” olacaq, yəni bu proseslər dollar üzərindən aparılacaq.

Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 17-də Dövlət Televiziyasındakı çıxışında ölkədə manatın kəskin ucuzlaşacağı ilə bağlı narahatçılığa bir əsas görmədiyini bildirib: “İnflyasiya birrəqəmli qalacaq, ərzaq məhsullarında bahalaşmaya iqtisadi əsası yoxdur.”

“Manat ucuzlaşacaq”