İçeriğe geçmek için "Enter"a basın

“Bağdadi öldürüldü” – Donald Trampın tviti…

27-10-2019


[r32]
İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Newsweek” jurnalı ABŞ Quru Qoşunlarındakı mənbəyə istinadən məlumat yayıb.

Pentaqon Ağ Evə keçirilən əməliyyat zamanı böyük əminliklə İŞİD liderinin öldürüldüyü barədə məlumat verib. Jurnal yazıb ki, ABŞ Prezidenti Donald Tramp bir həftə əvvəl əməliyyatın keçirilməsini dəstəkləyib.

D.Tramp artıq “Twitter” sosial şəbəkəsindəki səhifəsində “çox əhəmiyyətli hadisə”nin baş verdiyini yazıb. Ancaq ABŞ Prezidenti hansı hadisənin baş verdiyinə aydınlıq gətirməyib. Sonradan Ağ Evin mətbuat xidməti D. Trampın bu gün yerli vaxtla saat 09.00-da vacib bəyanat verəcəyini açıqlayıb.

+++++

İŞİD lideri necə öldürülüb?

“Aljazeera” İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin ölümü ilə bağlı bəzi detalları açıqlayıb. Əməliyyat Suriyanın Türkiyə ilə sərhəddinin şimal-qərbdəki İdlib şəhəri yaxınlığındakı kiçik bir kənd olan Barişada həyata keçirilib.

Musavat.com-un məlumatına görə, Barişadan xəbər verən “Aljazeera” müxbiri Alaa Eddine Youssef bildirib ki, əməliyyat 8 ABŞ helikopteri tərəfindən təxminən 90 dəqiqə davam edib.

Hadisə yerində çox sayda insan ölüb və onlarla yaralı var. Bazar günü kürdlərə bağlı Suriya Demokratik Qüvvələrinin (SDF) komandiri də hadisəyə münasibət bildirib. “Amerika Birləşmiş Ştatları ilə ortaq bir kəşfiyyat işi nəticəsində tarixi və uğurlu bir əməliyyata imza atdıq”, – Mazloum Abdi Twitterdə belə yazıb.

Türkiyə Müdafiə Nazirliyi də əməliyyatın içində yer alıb. Hücumdan əvvəl Türkiyə və ABŞ hərbi rəhbərliyi arasında məlumat mübadiləsi olub və əməliyyat qarşılıqlı koordinasiya əsasında keçirilib. Türkiyə Müdafiə Nazirliyinin Twitterində bu barədə ingiliscə açıqlama yayılıb.

“Bağdadi öldürüldü” – Donald Trampın tviti…