[r32]
Milli Şuranın ötən gün keçirdiyi razılaşdırılmamış mitinqdə saxlanılan AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. O, azad olunduqdan dərhal sonra internet televiziyalarından birinin canlı yayımına qatılıb, saxlanıldıqdan sonra döyüldüyünü, başına 6 tikiş qoyulduğunu açıqlayıb.
****
Daxili İşlər Nazirliyi (DİN) ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.
DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.
DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib