02.10.2015 / 01:06 xeber –
Azər Məmmədli – APA. Şəmkir sakini bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1973-cü il təvəllüdlü Seymur Yunis oğlu Nıftalıyev sol döş nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, S. Nıftalıyev özü-özünü bıçaqlayıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
mənbə :
lent.az