İçeriğe geçmek için "Enter"a basın

İşdən çıxarılan icra başçısı sabiq nazirin dayısıdır

02-10-2019


[r32]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Ənvər Seyidəliyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.

*****
Ə. Seyidəliyev redaktor.az-a açıqlama açıqlamasında işdən çıxarılması qərarına çox müsbət yanaşdığını deyib:“Allah prezidentimizin canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəm, olmasa da, eybi yox. Ancaq qəlbən cənab prezidentə dəstək nümayiş etdirəcəm”.

İşdən çıxarılan icra başçısı sabiq nazirin dayısıdır