İçeriğe geçmek için "Enter"a basın

Azərbaycandan Gürcüstana 219 milyon dollar investisiya

12-09-2015

yatirim
Gürcüstan Statistika Xidməti 2015-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmini açıqlayıb.

Azadlıq.az xəbər verir ki, Modern.az-ın Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, yanvar-iyun aylarında ölkəyə 530 milyon dollar xarici investisiya yatırılıb.

Bu vəsaitin 219 milyon dolları Azərbaycanın payına düşür. Maraqlıdır ki, azərbaycanlı investorlar təkcə aprel-iyun aylarında qonşu dövlətə 160 milyon dollar sərmayə qoyublar. Onlar daha çox daşınmaz əmlak, restoran və mehmanxana biznesi, energetika və kənd təsərrüfatına maraq göstəriblər.

Gürcüstana ən çox pul yatıran 2-ci dövlət Hollandiya krallığı (68 milyon dollar), 3-cü isə Türkiyədir (41 milyon dollar).

Gürcüstan Statistika Xidmətinin məlumatına görə, 2014-cü ildə ölkəyə ümumilikdə 1,758 milyard dollar birbaşa xarici investisiya yatırılıb.

Bir yorum

  1. Behram 13/09/2015

    Məncə, Azərbaycana qoyulan investisiyalar birbaşa təyinatlı (yol çəkməyə və s), beynəlxalq zəmanətli və investorun nəzarətində olur. Burada necə?

Yorumlar kapatıldı.

Azərbaycandan Gürcüstana 219 milyon dollar investisiya