İçeriğe geçmek için "Enter"a basın

İcra başçılarının dəyişdirilməsi haqqında sərəncamlar

03-09-2015

ilhamaliyevimzaPrezident İlham Əliyev icra başçıları ilə bağlı bir neçə sərəncam imzalayıb.

Prezident Eldar Əzizovu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. O, Səbail Rayon İcra Hakimiyyətinə icra başçısı təyin edilib.

***

Prezidentin digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Zakir Fərəcov bundan əvvəl Abşeron rayonunun icra başçısı idi.

***

Digər sərəncamla Nəsib Məhəmməd oğlu Məhəməliyev Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Səbail rayonunun keçmiş icra başçısı Asif Yunis oğlu Əsgərov təyin edilib.

İcra başçılarının dəyişdirilməsi haqqında sərəncamlar