İçeriğe geçmek için "Enter"a basın

Xədicə İsmayıla hökm oxundu – 7 il 6 ay cəza

01-09-2015

xediceismayilova

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq Radiosu”nun əməkdaşı, jurnalist Xədicə İsmayılın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azadlıq.az-ın Azadlıq Radiosu-na istinadən verdiyi məlumata görə, sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyeva jurnalist Xədicə İsmayılın 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.

Hökmə görə, jurnalist cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ekspertiza xərcləri üçün 364 manat ödəməlidir.

Bundan başqa hakimin qərarına görə, jurnalist 3 il müddətində dövlət və bələdiyyə işlərində vəzifə tuta bilməz.

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.

O, əvvəlcə Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunub. Hakimin qərarına görə, jurnalistə qarşı həmin ittiham ləğv edilib.

Amma hakim ona qarşı irəli sürülən digər ittihamları – Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma, mənimsəmə kimi ittihamları haqlı bilib.

Jurnalist özü bütün ittihamları əsassız sayır, hakim ailənin biznes fəaliyyəti barədə araşdırmalarına görə cəzalandırıldığını bildirirlər.

Xədicə İsmayıla hökm oxundu – 7 il 6 ay cəza