İçeriğe geçmek için "Enter"a basın

Əsgərin silahı qaytarılıb – DSX məlumat yaydı

17-07-2019


[r32]
Dövlət Sərhəd Xidməti Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” sahəsində baş vermiş insidentlə bağlı açıqlama yayıb.

Azadlıq az.xəbər verir ki,“AzPolitika”nın məlumatına görə AÇIQLAMAda deyilir:

“14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilmişdir.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilmişdir.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­mişdir.”
“Hazırda feysbukda çoxları provokatorlara atəş açmayan sərhədçi haqqında qəzəbli statuslar paylaşır. Hesab edirəm ki, o, tamamilə doğru hərəkət etdi. Belə ki, bu provokasiya genişmiqyaslı konfliktin alovlandırılması üçün istifadə ediləcək qurbanın yaradılmasına hesablanmışdı”.

Bu fikri öz feysbuk səhifəsində Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov paylaşıb.

Tofiq Zülfüqarov daha sonra qeyd edib ki, ermənipərəst “Reqnum” agentliyinin onun mövqeyini dərc etməməsi də, baş verənlərin provokasiya olduğunu göstərir: “Mənə “Reqnum” agentliyindən zəng etdilər və yaranan situasiyanı (Keşikçidağla bağlı – red.) şərh etməyimi xahiş etdilər. Müsahibəmdə dedim ki, yaranan situasiyadan faydalananlar və bəlkə də onun sifarişçiləri ermənilər və Rusiyadakı erməniyönlü qüvvələrdir. Onların hədəfi isə Azərabycan üçün Gürcüstandan “ikinci cəbhə”nin açılışıdır”.

“Türkiyə, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı çoxlarını narahat edir. Gözlənildiyi kimi, “Reqnum” açıqlamanı çap etməkdən imtina etdi. Ona görə də mənim məsləhətim emosiyaları kənara qoyub, bunun kimə faydalı olacağını düşünmək və provokatorların tələsinə düşməməkdən ibarətdir. Əsgərə isə halaldır”, – deyə o bildirib.

Fazil Mustafa: “Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar

Xəbər verdiyimiz kimi, Keşikçidağda Azərbaycan sərhədçiləri ilə Gürcüstanın mülki şəxsləri arasında xoşagəlməz insident yaşanıb. Belə ki, Gürcüstan vətəndaşları sərhədi qanunsuz şəkildə pozublar, üstəlik onlardan biri sərhədçimizin silahını əlindən alıb.

Maraqlıdır, gürcülər sərhədlərimizi pozmaq və əsgərlərimizə hücum etmək cəsarətini haradan və ya kimdən alırlar? Baş vermiş hadisəyə adekvat cavab olmalıdırmı?

AYNA-ya bu barədə danışan millət vəkili Fazil Mustafa hesab edir ki, baş verən bu insidenti cavabsız buraxmaq olmaz: “Belə bir hadisənin baş verməsi bizim üçün utancverici haldır. Qarşısının alınması üçün isə mütləq addımlar atılmalıdır”.

“Azərbaycan sərhədi toxunulmazdır. Hər hansı bir şəkildə sərhədi pozmağa çalışan mülki şəxslərin qarşısına heç sərhədçiləri yox, elə mülki şəxsləri çıxarmaq lazımdır. Anlasınlar ki, Azərbaycan sərhədində təxribat xarakterli hərəkətlər etməyin heç bir anlamı yoxdur”, – F.Mustafa bildirib.

Deputat baş vermiş hadisənin Rusiya ilə əlaqələndirilməsinə də münasibət bildirib: “Rusiya olmur, başqa dövlət olsun, bu hərəkəti törədən istənilən ölkəyə qarşı mütləq sərt addım atılmalıdır”.

“Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar. Biz də təmkinimizi bir kənara qoymalıyıq, sərhəd pozan istənilən şəxsi elə cəzalandırmalıyıq ki, digərləri də görsün ki, sərhədi pozmaq olmaz. Azərbaycan tərəfi mövqeyini rəsmi və qəti şəkildə ortaya qoymalıdır”, – deyə deputat vurğulayıb.

Əsgərin silahı qaytarılıb – DSX məlumat yaydı