İçeriğe geçmek için "Enter"a basın

Sabiq nazir Səlim Müslümov oğluna toy edir

14-07-2019


[r32]
Bu gün sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun oğlunun toyudur. Bu barədə “AzPolitika.info”ya məlumatlı mənbə xəbər verib.

Məlumata görə, sabiq nazir son anda toyla bağlı planlarında dəyişiklik etmək məcburiyyətində qalıb. Belə ki, S.Müslümov oğlunun toyunu açıq havada planlaşdırırmış.

“Lakin dünəndən Bakıda başlayan güclü külək mərasim yerini bərbad vəziyyətə qoydugundan S.Müslümov təcili toy yerini dəyişərək, “Buta Palace”-a keçirmək məcburiyyətində qaldı”, – deyə mənbə bildirib.

Qeyd edək ki, S.Müslümovun 3 övladı var. Bu gün toyu olanın böyük oğlu Turqay Müslümlü olduğu bildirilir. Onun 2017-ci ildə nişanlandığına dair xəbər yayılmışdı. Sabiq nazirin oğlu Edinburq Universitetinin Maliyyə fakültəsini bitirib. Hazırda “Orion Group Azerbaijan”nın sədridir.

Allah xoşbəxt eləsin!

Sabiq nazir Səlim Müslümov oğluna toy edir