İçeriğe geçmek için "Enter"a basın

“Pegasus” və “Wizz Air” Azərbaycana gəlir

28-08-2015

pegasusTürkiyənin “Pegasus” aviaşirkəti Azərbaycana reysləri həyata keçirmək üçün ölkədən icazə alıb. Azadlıq.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, İstanbul-Qəbələ-İstanbul marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və “slotlar” təsdiq edilib. Dəqiq tarix hələlik məlum deyil.

AZAL-dan verilən məlumata görə, Türk aviadaşıyıcılarından birinin bu ilin qış mövsümündə Lənkəran şəhərinə aviareyslərin həyata keçirilməsinə başlayacağı istisna edilmir.

“Wizz Air” Azərbaycana qayıdır

wizzair

Macarıstanın “Wizz Air” aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-ə (AZAL) 2016-cı ilin mart ayından Azərbaycanda uçuşları bərpa etmək niyyətində olduğunu bildirib.

Azadlıq.az” xəbər verir ki, bu barədə Trend-ə QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar aparması gözlənilir: “Azərbaycan tərəfindən 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib. Azərbaycan tərəfi “Wizz Air” şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”.

“Pegasus” və “Wizz Air” Azərbaycana gəlir