İçeriğe geçmek için "Enter"a basın

Xədicə İsmayıl son söz demək üçün vaxt istədi

26-08-2015

xediceismayill

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” Radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Azadlıq.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış edib.

Onlar məhkəmədən Xədicə İsmayıl barəsində bəraət verilməsini xahiş ediblər.

Son söz olaraq çıxış etmək üçün X.İsmayıla söz verilib. O çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası avqustun 31-ə təyin olunub.

Qeyd edək ki, Xədicə İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

Bir yorum

  1. mina 26/08/2015

    xedicenin hec bir gunahi yoxdur,varsa o da temiz olmasidir.men inaniram ki, prezident onu evf edecekdir,cunki onu qizisdiranlar tarix qarsisinda cavab verecekler.allah xediceni qurtarsin,amin amin amin.opurem xediceni.

Yorumlar kapatıldı.

Xədicə İsmayıl son söz demək üçün vaxt istədi