“Daxili işlər naziri cənab Ramil Usubova təşəkkür edirəm ki, mənə etimad göstərdi. Vicdanımla deyirəm ki, işdən uzaqlaşdırılacağımı düşünürdüm. Amma cənab nazir mənə etimad göstərdi, çox sağ olsun, verilən şiddətli töhmət də az cəzadır”.
Azadlıq.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov deyib.
Xatırladaq ki, Mingəçevir sakini Bəhruz Hacıyev avqustun 20-də şəhər polisinə gətirilib. Onun narkotik istifadəçi olması barədə şübhələr olub. Şöbəyə gətirilən B.Hacıyev 10 dəqiqə sonra müəmmalı şəkildə ölüb. Bundan sonra B.Hacıyevin qohumları ilə polis arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı saxlanılanlar və yaralananlar olub.
isden uzaqlasdirilsaydi,casardim.