İçeriğe geçmek için "Enter"a basın

İstanbulda təkrar seçkini yenə Əkrəm İmamoğlu qazandı

24-06-2019


[r32]

Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin nəticələri açıqlanmağa başlayıb. Sandıqların 99,5 faizi artıq açılıb. Səsvermənin ilkin nəıticələrinə görə, Əkrəm İmamoğlu seçiçilərin səsinin 54 faizini, Binəli Yıldırım isə 45, 1 faizini qazanıb.

Binəli Yıldırım sandıqların tam açılmasını gözləmədən çıxış edərək, Əkrəm İmamoğlunu qələbəsi münasibətilə təbrik edib.

Beləlilklə, İstanbulun yeni bələdiyyə başqanı Əkrəm İmamoğlu oldu!

İmamoğlu seçkinin nəticələrilə bağlı açıqlama verib : “Bugünkü seçkinin nəticələri xeyirli olsun. Bu günkü 23 iyunda keçirdiyimiz seçkinin ən vacib nəticələrindən biri də Türkiyənin demokratiya prosesinə verdiyi töhfə idi. Hər iki səbəblə ölkəmizə və İstanbulumuza bugünkü seçkinin nəticələri xeyirli olsun. Minnət duyğularımı bildirmək istəyirəm. Sizinlə uzun bir mətn paylaşacağam. Hisslərimi həm media nümayəndələrinə çatdırmaqla yanaşı, həm istanbullu həmşəhərlilərimə, Türkiyəyə və hətta dünyaya Türkiyə adına bir neçə cümlə demək adına özümü məsul hiss edirəm. Amma öncə bu gün on minlərlə, hətta yüz minlərlə deyə ifadə edə biləcəyim seçki qutusu başında vəzifəsini icra edən bütün dostlarıma, günün qəhrəmanlarına minnət duyğularımı çatdırmaq istəyirəm. Tarixi məsuliyyət davam etməkdədir. Onlar bu günün demokratiya qəhrəmanları idi. Göstərdikləri xidməti hər zaman gözəl bir xatirə olaraq xatırlayacaqlar. Amma onu da bildirmək istəyərəm ki, bu gün, hazırda əlimizdəki seçki nəticələri dəqiq olsa da, dəqiq nəticələr seçki protokollarında olur. Ona görə də səslərin sayılması prosesində iştirak edən şəxslərə, dostlarıma, bütün bu işə məsul insanlara, nəticə dəqiqləşənə qədər vəzifələrinin başında qalmalarını özəlliklə rica edirəm. Bu zaman çox ciddi zamandır və əsla seçki qutularınızın, qeydlərinizin, protokollarınızın statistikası dəqiqləşənə qədər seçki qutularını tərk etməməyinizi hamınızdan xahiş edirəm. Dolayısı ilə desək, bu tarixi məsuliyyət hələ də davam etməkdədir”.

İstanbulda təkrar seçkini yenə Əkrəm İmamoğlu qazandı