İçeriğe geçmek için "Enter"a basın

Mədət Quliyev DTX vəzifəsindən azad olundu

21-06-2019


[r32]
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Prezidentin digər Sərəncamı ilə Mədət Quliyev başqa bir vəzifəyə təyinat alıb. Belə ki, Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, bundan əvvəl dövlət başçısı İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.

Prezidentinin Fərmanında deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

-Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 56) ləğv edilsin.

Mədət Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində mühəndis Qəzənfər və müəllimə Zambaq Quliyevlərin ailəsində anadan olub. Mədət Quliyevin babası Stalin repressiyaları zamanı qətlə yetirilib.

1975-ci ildən 1980-cı ilə qədər Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alan Mədət Quliyev, 1980-cı ildən 1982-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Ermənistan və Gürcüstanda yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olub.

1980-cı ildən həqiqi hərbi xidmətini başa vuran Mədət Quliyev, Gəncədə Dinamo İdman Cəmiyyətində təlimatçı olaraq çalışıb.

1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş. 1992-1994-cü illərdə Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi vəzifələrində çəlışmışdı.

1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi vəzifələrində işləmişdir.

2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2011-ci il fevralın 14-də isə Mədət Quliyev, ədliyyə nazirinin müavini, eyni zamanda da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

20 oktyabr 2015-ci ildə keçmiş Azərbaycanın Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunmuşdur.

14 dekabr 2015-ci ildə isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.

20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad olunmuş və həmin tarixdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilmişdir.

Mədət Quliyev DTX vəzifəsindən azad olundu