İçeriğe geçmek için "Enter"a basın

Əbülfəz Elçibəyin həyat yoldaşı torpağa tapşırıldı

16-06-2019

[r32]

Mərhum prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dəfn olunub.

Azadliq.az xəbər verir ki, Türkiyədə vəfat edən H.Əliyeva vəsiyyətinə uyğun olaraq Naxçıvanda, Kələkidə torpağa tapşırılıb.

**

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

“Report”un xəbərinə görə, cənazə Azərbaycan bayrağına bürünüb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.

Əbülfəz Elçibəyin həyat yoldaşı torpağa tapşırıldı