İçeriğe geçmek için "Enter"a basın

Deputat Vahid Əhmədov icra başçılarını qınadı

04-06-2019

[r32]
“Sahibkar artıq bankla sərbəst işləməlidir. Bank yalvarır ki, gəl sənə aşağı faizlə kredit verim. Çox təəssüf ki, ölkədə biz bu məsələni həll edə bilməmişik”.

Azadliq.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Sahibkarlar Gününə həsr olunan konfransda çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, 10 min dollara qədər olan kreditlərlə bağlı Prezident 682 milyon manat vəsait ayırıb:

“Ölkədə 32 bank var, aldığım məlumata görə, 5-ə yaxın bank problemli kreditlərlə bağlı kifayət qədər böyük vəsait götürüb. İndi görək həmin banklar aldıqları vəsaitlər hesabına sahibkarlar üçün kredit faizlərini aşağı salacaq? Biz o bankların adını bilirik. Niyə bu gün banklar real sektorun inkişafı üçün maliyyə qoymur? Sadəcə alverlə məşğuldur.

Biz bu gün mülkiyyətin toxunulmazlığını təmin edə bilmirik. İstənilən icra başçısı gəlib sahibkarın mülkiyyətinə maneə törədə bilər. Bununla bağlı yüzlərlə şikayət alırıq.

Ölkədə sahibkarlığın inkişafı üçün xeyli şərait yaradılır, ancaq müəyyən problemlər var. Gömrük sahəsində sahibkar 40%-dən vergi ödəyir ki, bu da böyük rəqəmdir.

Məhkəmə hüquq sistemində gedən islahatları böyük maraqla izləyirik və bu sahədə çətinliklərin aradan qaldırılmasını gözləyirik”.

Deputat Vahid Əhmədov icra başçılarını qınadı