İçeriğe geçmek için "Enter"a basın

Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı – Video

19-04-2019


[r32]
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə kişinin qadını təhqir etməsi ilə bağlı video yayılıb.

Belə ki, xanım sürücü ilə digər bir şəxsin avtomobili toqquşub. Nəticədə avtomobili əzilən şəxs xanımı çox ağır şəkildə təhqir edib. Bundan başqa həmin şəxs qadını vurmaqla hədələyib.

Azadlıq.az Yenicag.az-a istinadən məlumata görə, videodakı həmin şəxs Sumqayıtın icra başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur. O, eyni zamanda dövlət məmurunun qaynıdır.

Bundan başqa hadisə Bakıda deyil, Sumqayıtda, dənizkənarı parkın yaxınlığında baş verib.
Videoya yazılmış şərhlərdə də istifadəçilər kişinin davranışındakı həyasızlığa və özünə inam hissinə təəccüblənirlər. Təsadüf deyilmiş – belə ki, qadın sürücünü nalayiq sözlərlə təhqir edən bu adam Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcovdur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məmurları və onların ailə üzvlərini sadə olmağa və vətəndaşlarla hörmətlə davranmağa çağırıb. Ələlxüsus, dövlət başçısı məmurlara tövsiyə edib ki, vətəndaşlara xidmət etdiklərini unutmasınlar.

Nazirlər Kabinetinin iclaslarından birində çıxış edərkən Azərbaycan Prezidenti xüsusi olaraq qeyd etmişdi ki, bəzi vəzifəli şəxslərin uşaqları özlərini həyasızcasına aparır, insanları təhqir edir, özlərini idarə edə bilmirlər: “Onlara cəmiyyətdə bu statusu kim verib?! Onların ümid etdikləri şəxsləri vəzifəyə mən təyin etmişəm. Lazım bilsəm, elə özüm də vəzifədən azad edəcəyəm. Əgər bir də eşitsəm ki, hansısa ailənin üzvü xuliqanlıq edir, özünü nalayiq aparır, həmin adam həbs ediləcək, atası isə vəzifəsindən uzaqlaşdırılacaq. Qoy bunu hamı bilsin!” – İlham Əliyev bildirmişdi.

Belə görünür, Fərəcovun yaxınları o qədər harınlayıb ki, artıq prezidentin xəbərdarlıqları belə bunlara təsir etmir!(Azpolitika.info)

Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı – Video