İçeriğe geçmek için "Enter"a basın

Yüzlərlə xəstəxana Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır

19-04-2019


[r32]
Baş nazir Novruz Məmmədov “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar imzalayıb.

Qərar “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı” təsdiqlənib. Bu qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. Bu qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qərarla 2020-ci il yanvarın 1-dən Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeiliyinə verilən xəstəxanalar aşağıdakılardır:
Elmi tədqiqat institutları
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu
Mərkəzi Qan Bankının Gəncə bölməsi
Mərkəzi Qan Bankının Şəki bölməsi
Mərkəzi Qan Bankının Quba bölməsi
Mərkəzi Qan Bankının Sumqayıt bölməsi
Mərkəzi Qan Bankının Lənkəran bölməsi
Mərkəzi Qan Bankının Bərdə bölməsi
Mərkəzi Qan Bankının Şirvan bölməsi
Mərkəzi Qan Bankının Mingəçevir bölməsi
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiolo-giya İnstitutu
V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu

Tibbi mərkəzlər və birliklər
M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi
Xüsusiləşdirilmiş Angioloji Mərkəzi
Respublika Perinatal Mərkəzi
Respublika Uşaq Stomatoloji Mərkəzi
Respublika Narkoloji Mərkəzi
Respublika Endokrinoloji Mərkəz
Siyəzən Müalicə-Diaqnostika Mərkəzi
Lənkəran Müalicə-Diaqnostika Mərkəzi
Şirvan Müalicə Diaqnostika Mərkəzi
Qəbələ Müalicə-Diaqnostika Mərkəzi
Füzuli Müalicə-Diaqnostika Mərkəzi
Quba Müalicə-Diaqnostika Mərkəzi
Qazax Müalicə-Diaqnostika Mərkəzi
Bərdə Müalicə-Diaqnostika Mərkəzi
Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi
Zaqatala Müalicə-Diaqnostika Mərkəzi
Şamaxı Müalicə-Diaqnostika Mərkəzi
Tovuz Hemodializ və Diaqnostika Mərkəzi

Stasionar müəssisələr
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Respublika Uşaq Klinik Xəstəxanası
Müharibə Veteranları Respublika Xəstəxanası
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası
1 nömrəli Respublika Psixiatriya Xəstəxanası
3.6. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası nəzdində Müalicə istehsalat Əmək Emalatxanası

2 nömrəli Ağdam rayonlararası Psixiatriya Xəstəxanası
“Azərsutikinti” Xəstəxanası
Neyrocərrahlıq Xəstəxanası
Respublika Dəri-Zöhrəvi Dispanseri
Tibbi Reabilitasiya Xəstəxanası
Psixi Sağlamlıq Mərkəzi

Yüzlərlə xəstəxana Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır