İçeriğe geçmek için "Enter"a basın

Eyyubovlar da Xorvatiyada MİLYONLUQ biznes qurub – Foto

06-04-2019


[r32]
“Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir, Azərbaycan Sahibkarlar konfederasiyasının Balkanlardakı nümayəndəsidir“. Bunu müstəqil jurnalist Cavanşir Həsənov öz “facebook” hesabından paylaşdığı yazıda bildirib.

“AzPolitika.info”nun məlumatına görə, yazıda daha sonra bildirilir: “Yusif Eyyubov Xorvatiya paytaxtında “Montevideo doo” şirkətini təsis etdiyi vaxtdan yaşayır. Şirkət 27 fevral 2001-cu ildə Zaqreb Ticarət Məhkəməsində (Trgovački sud u Zagrebu) qeydiyyatdan keçib və Zagreb, Rijeka küçəsi 10 ünvanında fəaliyyət göstərir.

Şirkətin qeydiyyat nömrəsi: 080389265-dir.
Şirkət daşınmaz əmlak, ticarət, inşaat, turizm, reklam və idman sahələrində fəaliyyət göstərir. Şirkət “Vita” fitnes mərkəzi, “La Vita” cafe-barı, massaj salonu və saunadan ibarət iri kompleksə də sahibdir.

Xorvat mənbələrində kompaniyanın ilkin kapitalı 19,908,400.00 xorvar kunesi və ya 3 milyon dollardan bir qədər artıq göstərllir. 2013-cü ildə gəliri təxminən 10 milyon xorvat kunesi və ya 1.5 milyon dollar olub”.



Eyyubovlar da Xorvatiyada MİLYONLUQ biznes qurub – Foto