İçeriğe geçmek için "Enter"a basın

Nazirlikdən qızların videosu ilə bağlı rəsmi açıqlama – Saxlanılan şəxs kimdir? – Video

01-04-2019


[r32]
Daxili İşlər Nazirliyi qızların çılpaq videosu ilə bağlı açıqlama yayıb. Dünən – martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü yayılıb.

Video geniş ictimai rezonans doğurduğundan və cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq böyük narahatlıq və narazılıqla qarşılandığından DİN rəhbərliyinin tapşırığına əsasən məsələ ilə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilmiş və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. İstifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və RF vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunmuş və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Nəticədə həmin görüntülərdə əks olunan 2 kişinin və 3 qadının şəxsiyyətləri müəyyən edilib və onlar saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətiriliblər. İstifadələrində olan “Land Rover” markalı avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən eyş-işrət məclisi paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunub və orada iştirak edən 3 qadının da görüntüləri məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.



*****

Çılpaq qızların videosuna görə saxlanılan Valeh İsrafilov xalq artisti Mələkxanınm Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun isə qardaşıdır.

“Qafqazinfo” xəbər verir ki, Valeh İsrafilovun qardaşı Vüsal İsrafilov Unikal.org-a açıqlamasında bildirib ki, onu lüt qızları videoya çəkən Cahid Kərimovla qardaşı tanış edib:

“Biz özümüz də dünən eşidib, şoka düşmüşük. Xəbəri sosial şəbəkələrdə paylaşıb səhvən mənim şəklimi verirlər. Ancaq yazılanlar doğrudur. Mənim qardaşımla Cahid dost olublar. Qızlarla da onu mənim qardaşım tanış edib. Cahid özü ailəlidir, bildiyim qədər övladı da var. Başımıza gələnlərin hamısı onun bu səhv addımına görədir. Deyəsən bu hadisəyə görə qardaşımı da polisə çağırıblar.

Qaldı ki, qızlarla qardaşım Valehin tanışlığına, kişidir yəqin ki, hansısa məclisdə tanış olublar. Bu məsələ ictimailəşəndən sonra qardaşımla əlaqə saxlaya bilməmişik”.

Nazirlikdən qızların videosu ilə bağlı rəsmi açıqlama – Saxlanılan şəxs kimdir? – Video