İçeriğe geçmek için "Enter"a basın

“Diqlas”Ticarət Mərkəzində yanğın baş verib – Video (Yenilənir)

26-03-2019


[r32]
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhərinin Nizami rayonunda yanğın baş vermiş əraziyə gəlib.

ONA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, FHN-in digər rəhbər şəxsləri və Çevik Polis Alayının komandiri Səhlab Bağırov da ərazidədir.

“Ticarət mərkəzinin çöl hissəsi alkaponla üzlənib, bunlar yanan maddələrdir”.

ONA-nın müxbiri hadisə yerindən xəbvər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: “Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Artıq yanğın lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”</strong

*****
Bakıdakı “Diqlas” Ticarət Mərkəzində baş verən yanğının ilkin səbəbi açıqlanıb.

Ticarət mərkəzinin sahibi “Report”un hadisə yerində olan əməkdaşına bildirib ki, yanğın yaxınlıqdakı dönərxanadan başlayıb.

Dönərxanada partlayışdan sonra başlayan yanğın əvvəlcə ticarət mərkəzindəki paltar mağazalarına keçib, sonra isə alov binanı bürüyüb.

*****
Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

“Diqlas”Ticarət Mərkəzində yanğın baş verib – Video (Yenilənir)