İçeriğe geçmek için "Enter"a basın

Daha iki rayonun polis rəisi dəyişdirildi

25-02-2019

Daha bir rayonun polis şöbəsinin rəisi təqaüdə göndərilib  Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Ağcabədi rayon Polis Şöbəsinin rəisi Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Şabran rayon Polis Şöbəsinin rəisi, Zəngilan rayon Polis Şöbəsinin rəisi Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Xatırladaq ki, bundan əvvəl Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov təqaüdə göndərilib. Qeyd edək ki, Ə. Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır. [r32]
2019-02-25T20:23 xeber – /strong
mənbə :
Sputnik

Daha iki rayonun polis rəisi dəyisdirildi – Yeni təyinatlar