İçeriğe geçmek için "Enter"a basın

“AZƏRENERJİ”nin baş ofisində “YENİDƏNQURMA” başladı və… – İşçilər kütləvi ixtisar olunur!

26-01-2019


[r32]
ASC-nin baş ofisində isə lüks təmir gedir, bütün mebellər yenilənir…
Son bir-iki ay ərzində “Azərenerji”də baş verənlər bu Səhmdar Cəmiyyətin daxilində ciddi narazılıqlara səbəb olub. Qurumda köhnə işçilərin sıxışdırılması, dövlət vəsaitlərinin bir qrup tərəfindən talanması, etiraz edənlərin “Pirverdiyevçi” damğası vurularaq işdən azad olunduğuna dair sosial şəbəkələrdə və bəzi internet televiziyalarında məlumatlar yayılıb. Bu məlumatların hansının, nə qədər doğru olduğunu söyləmək çətindir.

Ancaq “Azərenerji” ASC-nin yeni rəhbərliyinin verdiyi qərarlardan narazıların sayının artdığı şübhə doğurmur. Belə qərarlardan biri də “Mingəçevir” SES-in və “Varvara” SES-in mühafizəsini həyata keçirən Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin işçilərinin kütləvi şəkildə işdən çıxarılmasıdır.

İşdən çıxarılanlar Azəbaycan Prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubları göndəriblər. “Azərenerji”yə aid müəssisələrin mühafizəsini həyata keçirən bir qrup vətəndaş tərəfindən yazılan həmin şikayətin bir nüsxəsi də “AzPolitika.info”ya daxil olub.

Məktubda şikayətçilər “Azərenerji” ASC-nin yeni rəhbərliyinin onların ailələrini ac qoyduğu, 60 nəfərə yaxın insanı heç bir qanuni əsas göstərilmədən işindən məhrum etdiyi bildirilir. Qeyd olunur ki, onları ASC-nin indiki rəhbəri Baba Rzayevin göstərişi ilə işdən azad ediblər. Şikayətçilərin yazdığına görə, onlara işdən çıxmaq haqda könüllü ərizə yazmaq təklif olunub, buna razı olmayanlar isə heç bir ödəniş ala bilməyəcəkləri ilə hədələniblər.

“Ancaq bu tələb qanuna ziddir. “Azərenerji” rəhbərliyinin gətirdiyi bəhanə uzun illərdir burada çalışan insanların işdən azad olunması üçün qanuni səbəb ola bilməz”, – deyə məktubda vurgulanır.

Onlar bu şikayətlərini Prezidentə, Birinci vitse-prezidentə yazıblar. Böyük ehtimalla “Azərenerji”nin rəhbərliyinə problemi həll etmək tapşırılıb. Ancaq bu da ASC-nin rəhbərliyinin qərarını dəyişməyib. İşçilərin şikayətlərinə ASC rəhbərliyi cavab məktubu göndərməklə kifayətlənib.

Məktubda işçilərin işdən çıxarılmasının səbəbi kimi daha onlara ehtiyac olmaması göstərilib: “Obyektlərin mühafizə işinin təşkili ilə əlaqədar müşahidə kameraları quraşdırılmış və obyektlər hasarlanaraq, üstünə tikanlı məftillər çəkilmişdir…”

Ancaq şikayətçilər bildirir ki, əvvəla, Əmək Məcəlləsinə görə kamera quraşdırılması və digər texniki səbəblər insanların işdən azad olunmasına əsas verə bilməz. İkincisi və ən əsası, bu izahat reallığı əks elətdirmir. Bunu şikayətçilərin redaksiyamıza göndərdikləri FOTOLAR da təsdiq edir.



“AZƏRENERJİ”nin baş ofisində “YENİDƏNQURMA” başladı və… – İşçilər kütləvi ixtisar olunur!