İçeriğe geçmek için "Enter"a basın

Yasamalın yeni rəisi Natiq Əmirovun qardaşı – Səbailin rəisi isə “Azərxalça”nın rəhbərinin oğludur

18-01-2019


[r32]
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə, Şəmkir rayon Polis şöbəsinin rəisi Cəmil Əmirov vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Yasamal RPİ-nə yeni rəis təyin olunan Cəmil Əmirov Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun qardaşıdır.

AzPolitika.info xatırladır ki, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev isə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub. İsfəndiyar Mehbalıyev Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.

Ramil Usubovun müvafiq əmri ilə, Mingəçevir şəhər Polis şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Səbail Rayon Polis İdarəsinin rəisi təyin edilən Cavid Muradov isə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun oğludur.(Azpolitika.info)

Yasamalın yeni rəisi Natiq Əmirovun qardaşı – Səbailin rəisi isə “Azərxalça”nın rəhbərinin oğludur