İçeriğe geçmek için "Enter"a basın

Nəsimidə bayram günləri ağaclar qırıldı – “Yaşam residence” bina tikintisinə başladı

04-01-2019


[r32]
Asif Əsgərov Bakının Nəsimi rayonuna icra başçısı təyin olunandan yaşıllıqların qırılması kütləviləşib və intensivləşib. İcra başçısı şəhərin mərkəzi rayonunda meşəlikləri tikinti şirkətlərinə qurban edir.

Unikal.org-un əldə etdiyi məlumata görə, Bakının Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında “Yaşam Residence” tərəfindən inşaa edilən hündürmərtəbəli binanın ərazisində yerləşən ağaclar qırılaraq məhv edilib.

Ötən aydan mətbuatın diqqətində olan sözügedən ərazidə “Yaşam residence” MTK tərəfindən şam ağacları məhv edilib, yerində bina tikintisinə başlanılıb. Maraqlısı ondadır ki, ağaclar bayram günləri qırılaraq daşınıb. Bir sözlə, “Yaşam residence” MTK ərazini hasarlayıb, zeytun ağaclarını məhv edib, yerində tikinti aparır.

Ərazidən o görüntüləri sizlərə təqdim edirik.

Nəsimidə bayram günləri ağaclar qırıldı – “Yaşam residence” bina tikintisinə başladı