İçeriğe geçmek için "Enter"a basın

Bir MTN generalı daha həbs olunub – Rüşvət almaqda ittiham olunur…

27-12-2018


[r32]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayev həbs edilib.

Teleqraf.com-un xəbərinə görə, Ədalət Əsədullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan qapalı prosesdə Ədalət Əsədullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ədalət Əsədullayev Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra sərəncama götürülüb. Bundan əvvəl adı “MTN işi”ndə şahid qismində keçib.

O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işində ifadəsi alınıb.

Generalın həbsinin digər təfərrüatları məlum deyil.

Bir MTN generalı daha həbs olunub – Rüşvət almaqda ittiham olunur…