İçeriğe geçmek için "Enter"a basın

“O saxta video – montajı o videonu yayanların vicdanına buraxıram” – Ziyafət Əsgərov

11-12-2018


[r32]
Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin son iclasında spiker Oqtay Əsədovla aralarında dialoqdan bəhs edən videonun saxta və montaj olduğunu bildirib.

Ziyafət Əsgərov “Report”a müsahibəsində bildirib ki, bu, saxta video – montajdır.

“Bu saxta video – montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli Sədrimizə “sən” deyə müraciət edim”-deyə, sədrin birinci müavini vurğulayıb.

Qeyd edək ki, son günlər bəzi internet resurslarda, sosial şəbəkələrdə Milli Məclisin spikeri ilə birinci vitse – spikeri arasında iclas zamanı parlamentin 100 illiyə ilə bağlı dialoq barədə video-audio material yayımlanıb.

“O saxta video – montajı o videonu yayanların vicdanına buraxıram” – Ziyafət Əsgərov