İçeriğe geçmek için "Enter"a basın

Səudiyyə qətli etiraf etdi!

21-10-2018


[r32]
Səudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatına istinadən “Reuters” məlumat yayıb.

Agentliyin bildirdiyinə görə Səudiyyə Ərəbistanı baş prokurorluğunun apardığı təhqiqat nəticəsində jurnalistin konsulluqda meydana gələn dava zamanı öldüyü müəyyənləşib. “Araşdırmalar göstərib ki, Xaşogi İstanbul baş konsulluğuna girərkən orada olan başqa Səudiyyə vətəndaşları ilə mübahisə etməyə başlayıb. Mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə Xaşogi həyatını itirib”-açıqlamada belə deyilir.

Həmçinin bildirilir ki, Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb. Səudiyyə rejimi bildirir ki, Xaşoginin ölümünə görə məsuliyyət daşıyan hər kəs cəzasını alacaq və günahkarlar məhkəmə qarşısında dayanacaq.

“AzPolotika.info” məlumat verir ki, Səudiyyə rejiminin məlumatında 5 nəfər yülksək rütbəli vəzifəli şəxsin işdən çıxrıldığını bəyan edib. Onlardan 4-ü xüsusi xidmətdə vəzifə tutan şəxslərdir.

Lakin Camal Qaşıqçının meyitinin hazırda harada olduğu məlum deyil.

Bu barədə şənbə günü istintaqın gedişatı ilə tanış olan mənbəyə istinadən “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, konsulluğun sürücüsü jurnalistin meyitinin “yerli əməkdaş”a təhvil verilməsi prosesində iştirak edib.

“Reuters”in həmsöhbəti bildirib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti mərhum jurnalistin qətlə yetirilməsi və ya oğurlanması barədə göstəriş vermədiyini iddia edib.
Onun sözlərinə görə, Qaşıqçı ilə bağlı ilkin təlimatlar yanlış izah edilib, əlavə tapşırıqlar isə “daha çox qeyri-müəyyən olub” ki, bu da sonda onun ölümünə və cinayətin gizlədilməsinə gətirib çıxarıb.

Mənbənin məlumatında həmçinin iddia edilir ki, Krallıqda rejim tənqidçilərinin Səudiyyə Ərəbistanına gətirilməsi ilə bağlı təlimat var, lakin vəliəhd şahzadə Məhəmməd ibn Salman “bu konkret əməliyyatdan xəbərsiz olub”.

Gözlənildiyi kimi, səudiyyəli rəsmilər bu qətldə ölkənin Kəşfiyyat Nazirliyində nazir müavini vəzifəsini tutan general general Əhməd Əl Assirini məsul tutub.

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud ölkənn Ümumi Kəşfiyyat Xidməti rəhbərinin müavini general Əhməd əl-Assirinin vəzifəsindən azad edib. Bundan əlavəı kral müşaviri Səud ibn Abdulla əl-Kaxtanini də vəzifəsindən kənarlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın “The New York Times” qəzetinin bir -neçə gün əvvəl yaydığı məlumatda ər-Riyadın ABŞ dövlət katibi Maykl Pompeoya da general əl-Assirinin adını verdiyi xəbərini yaymışdı.

Səudiyyə qətli etiraf etdi!