İçeriğe geçmek için "Enter"a basın

Həmsədrlər ilk Yerevana sonra Bakıya gəlirlər

20-07-2015

hemsedrler

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Yerevana səfər edəcəklər. Bu haqda Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində məlumat yayıb. Həmsədrlər iyulun 20-də Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

Həmsədrlər regiona səfərləri çərçivəsində Bakıya da gəlib Azərbaycan rəhbərliyi ilə görüşəcəklər. Hazırda Minsk qrupu həmsədrlərinin işğal atındakı Dağlıq Qarabağa səfərinin təşkili məsələsi həll edilir.

Həmsədrlər ilk Yerevana sonra Bakıya gəlirlər