İçeriğe geçmek için "Enter"a basın

Bakıda QARABAĞ mitinqi – Video

29-09-2018


[r32]
Bu gün Qarabağ Komitəsi Bakıda Məhsul stadionunda mitinq keçirib.Mitinqə çox sayda insan yığılıb.

Məlumat üçün bildirək ki, Qarabağ Komitəsi Qarabağla bağlı mitinq keçirmək üçün bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. BŞİH onların müraciətinə müsbət cavab verib. Bakı şəhər İcra Hakimiyyəti mitinqin “Məhsul” stadionunda keçirilməsini sanksiyalaşdırıb və polis təşkilatçılara xəbərdarlıq edib ki, aksiyada “mövzudan kənar” şüarlar səsləndirilməməlidir.

Mitinqə hakimiyyət düşərgəsindən də dəstək gəlib. Halkimiyyətə yaxın deputatlar və partiyalar hamını Qarabağ mitinqinə qatılmağa çağırıb. Mitinqə qatılanlar arasında müxtəlif siyasi və ictimai təşkilatların nümayəndələri də olub.

Saat 15:00-da mitinq dövlət himninin səsləndirilməsi ilə ilə açıq elan edilib. Mitinqə türk tələbələr, “Qarabağ” futbol komandasının fanatlar klubunun üzvləri də də qatılıblar. Aksiya başlayan kimi “Ya Qarabağ, ya ölüm”, “Qarabağa azadlıq” şüarları səsləndirilib..

Mitinq KXCP sədri Mirmahmud Fəttayev tərəfindən açıq elan edildikdən sonra, Hacı Vidadi Qarabağ şəhidlərinin ruhuna fatihə oxuyub. Mirmahmud Fəttayevlə yanaşı tribunada Akif Nağı, Qarabağ qazisi Firudin Məmmədov da yerlərini tutublar.

“AzPolitika.info” məlumat verir ki, ilk çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, dövlətin Qarabağın işğaldan azad olunması ilə bağlı nə qırar verməsundən asılı olmayaraq arxasında olacağıq.”Təki Qarabağ işğaldan azad olunsun. Bütün xalq Qarabağın azadlığını tələb etməlidir”.

O, mitinqin təşkilatıçısı olan Qarabağ Komitəsinin fəaliyyətindən danışıb, qurumda tanınmış ictimai-siyasi xadimlərin, siyasi partiyaların, keçmiş döyüşçülərin təmsil olunduğunu bildirib:“Mitinq bizim məqsədimiz deyil. Mitinq torpaqlarımızın işgaldan azad olunması üçün vasitələrdən biridir. Məqsədimiz Dağlıq Qarabağın işgaldan azad olunması üçün cəmiyyətin fəallığının ən yüksək həddə çatdırılmasıdır. ”

Akif Nağı sonra da deyib:“ Məqsəd Qarabağın azadlığıdır. Başqa heç bir məqsədimiz yoxdur, ola bilməz. Biz xəcalət işçində yaşayırıq, başımızı dik tuta bilmirik…”.

Akif Nağı beynəlxalq qurumlara xitab edib, onları münqaişənin həlli ilə bağlı Ermənistanın tərəfini tutumaqda ittiham edib: “Hədəfimiz beynəlxalq təçkilatlardır. Nə qədər ermənilərin arxasında dayanacaqsınız?!Bizim gücümüz xalqın iradəsidir!”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl çıxış edərək telefiziyaların Qarabağ probleminə biganə yanaşmasını, həmçinin hökumətin fəaliyyətini tənqid edib. O bildirib ki, gecə-gündüz çal-çağır davam edir, gənclər vətənin taleyinə buganələşiblər.

“Qarabağla bağlı sonuncu kütləvi tədbir o qədər çoxdan olub ki, yaddan çıxıb. Bu gün hesabat günündür və o hesabatı biz kimdən soruşmalıyıq? Hesabatı da dövlət verməlidir…Cəmiyyətə heç vaxt hesabat verilməyib ki, məsələ hansı durumdadır, Qarabağ siyasətini necə aparırlar. Biz o hesabatı istəyirik”,- İ.İsmayıl deyib.

İlham İsmayıl Azərbaycan ordusunu Qarabağda məskunlaşan erməniləri məhv etməyə çağırıb. “Biz tələb etməliyik ki, ATƏT-in Minsk qrupu ermənilərin bizim işğal olunmuş ərazilərimizdə məskunlaşmaya imkan verməsinlər. Əgər məskunlaşarlarsa, biz onları tikdikləri obyektləri məhv etməliyik.”- deyə bildirib.

İlham İsmayıl hakimiyəti Qarabağ məsələsinin həlli istiqamətində səylərini artıqmağa çağırıb. O düşmənə Qarabağda rahatlıq verilməməsini tələb edib. “Qarabağ ermənilər üçün ərazidir, bizim üçün isə Vətən. Vətən üçün isə ölərlər də, öldürərlər də.”-deyə bildirib.

Mitinqdə çıxış edən 2-ci qrup Qarabağ əlili Bəhman Qurbanov bildirib ki, telekanallarda verilən verilişlər nəticəsində gənclər arasında vətənpərvərlik təbliğ olunmur. Gənclər şərəfli yol keçən Qarabağ qazilərindən deyil, müğənnilərdən örnək alırlar.

Mitinqdə çıxış edən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov Azərbaycan hökumətinin siyasətini tənqid edib. O, Rusiya ilə hərbi əməkdaşlığın genişləndirilməsinin düzgünn olmadığını bildirib.

Daha sonra çıxış edən AXP sədr, sabiq baş nazir Pənah Hüseyn hökuməti qaçqınların və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmağa çağırdı, əlavə etdi ki, bu istiqamətdə hakimiyyət və müxalifət birlikdə işləməlidir.

Pənah Hüseyn həmçinin mitinqin, Ermənistanın işğal siyasətini ittiham edən qətnaməsini oxudu. Qətnamədə hökimətdən Qarabağla bağlı daha fəal siyasət aparmaq, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etmək, Azərbaycan tporpaqlarının qısa müddətdə azad edilməsi üçün bütün mümkün imkanlardan istifadə olunması tələb edilir.

Miinqdə çıxış edən ehtiyatda olan polkovnik Xətai Baxışov bildirdi ki, Qarabağ məsələsində iqtidar və müxalifət yoxdur : ” Bu Azərbaycan xalqının problemidir. Biz bu problemi övladlarımıza buraxmalı deyilik, qısa zamanda həll etməliyik. Ali Baş Komandan əmr verməlidir, biz də müharibə yolu ilə Qarabağı azad etməliyik.”

Mitinqin təşkilatçılardan olan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı da aksiyanın məqsədinin Dağlıq Qarabağ məsələsini yenidən Azərbaycan ictimaiyyətinin diqqət mərkəzinə gətirmək,ərazilərimizin işğaldan azad edilməsini ictimai tələbə çevirmək olduğunu bildirdi.

Mitinqdə başqa çıxış edənlər də, Qarabağın və ətraf rayonların işğaldan azad edilməsinin zamanının çatdığını bildirərək, hamının bu ideya ətrafında birləşməyə çağırdılar.

Bakı Şəhər Baş Polis İdarəsi bu gün Bakıda bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı keçirilən mitinq barədə açıqlama yayıb. İdarədən verilən məlumatda bildirilir: “Sentyabrın 29-da bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiyası, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Bu zaman ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”

Bakıda QARABAĞ mitinqi – Video