İçeriğe geçmek için "Enter"a basın

ARB telekanalının rəhbəri və oğlu işdən çıxarıldı – Kanalın yayımı dayandırıldı

25-09-2018


[r32]
Bu gündən “ARB24″ televiziya kanalının yayımı dayandırılıb. Unikal.org-a daxil olan məlumata görə, ARB:24-ün yayımının dayandırılmasına səbəb, oktyabrın 1-dən ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı kimi fəaliyyət göstərməsi olacaq.

Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a bildirmişdi ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə “Türkel TV” MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib: “Ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq”.

Qeyd edək ki, “ARB:24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin televiziyada redaktor işləyən oğlu Allahverdi Şəfiyev bu gün tutduğu vəzifələrdən azad ediliblər.

****
Azərbaycanda televiziya rəhbəri və onun oğlu işdən çıxarılıb. Unikal.org xəbər verir ki, “ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev və həmin televiziyada redaktor işləyən oğlu Allahverdi Şəfiyev tutduğu vəzifədən azad ediliblər.

Xəbəri ARB televiziyasından təsdiqləyiblər.

ARB telekanalının rəhbəri və oğlu işdən çıxarıldı – Kanalın yayımı dayandırıldı