İçeriğe geçmek için "Enter"a basın

İstanbuldan dəhşət saçan xəbər – Etimad İsmayılov öldürülüb (Yeniləndi)

20-09-2018


[r32]
Türkiyə mediası azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda silahlı basqın nəticəsində öldürüldüyü xəbərini verir.

Hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şəxs isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

****
Xəbər verdiyimiz kimi İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb.
Başından 2 və ürəyindən 1 güllə ilə yaralanan İsmayılov aparıldığı xəstəxanada vəfat edib.
Polisin məlumatına görə, silahlı hücumu Azərbaycan əsilli Gözəl Dəmirov həyata keçirib. Hadisə yerindən qaçan Dəmirovun yaxalanması üçün polis əməliyyata başlayıb.
Bu arada silahlı qətlin hansı şəraitdə törədildiyi məlum olub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, sentyabrın 19-da axşam saat 21:00 radələrində şirkətin ofisində İsmayılovla Dəmirov arasında mübahisə baş verib.
Azərbaycanın keçmiş nazirinin oğlu İstanbulda öldürüldü
İnşaat və təşkilati işlər sahəsində biznes ortaqları olan İsmayılov və Gözəlov arasında pul haqq-hesabı var imiş. Onlar bu məsələni müzakirə edərkən münaqişə yaranıb. Gözəlov yanındakı silahı ilə İsmayılovu atəşə tutub. Ağır yaralanan İsmayılov təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Etimad İsmayılov 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın Baş prokuroru və Ədliyyə naziri işləmiş İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır.
Gözəl Dəmirova gəldikdə isə o, 90-cı illərin əvvəllərində Azərbaycan DİN-də idarə rəisi olub, istefada olan polkovnikdir. Türkiyədə iri biznesə malikdir.

Böyük təəssüflə bildiririk ki, bu dəhşətli xəbərdə adı keçən Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. E.İsmayılov Ədalət Partiyasının sədr müavini idi.

Musavat.com-un məlumatına görə, qatil Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

****
Tanınmış azərbaycanlı iş adamını öldürən Gözəl Dəmirov yaxalandı
Gözəl Dəmirov kimdir?
İş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirov yaxalanıb. Polis Beşiktaş ərazisində tərk edilmiş avtomobilini tapdıqdan qısa müddət sonra şübhəlini yaxalayıb. Görüntülərdə Gözəl Dəmirov ilə yanaşı daha bir nəfərin də həbs edildiyi görünür. Bu isə cinayətin iki nəfər tərəfindən işlənilmə ehtimalını artırır.

Yenicag.az xəbər verir ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur. Bəzi məlumatlara görə, o, silah qaçaqçılığı ilə də məşğul olur.

Eyni zamanda onun cəbhə hakimiyyəti zamanında bir sıra qanunsuzluqlara qarışdığı üçün ölkədən qaçdığı bildirilir.

Onun adı saxta sənəd hazırlamaqda da hallandırılır.

Qeyd edək ki, G.Dəmirovun adı Türkiyədə tanınmış iş adamı Yaşar Sönmezin qızının toyunda iştirakı zamanı gündəmə gəlmişdi.

İstanbuldan dəhşət saçan xəbər – Etimad İsmayılov öldürülüb (Yeniləndi)