İçeriğe geçmek için "Enter"a basın

2 rayona yeni icra başçısı təyin olundu – Bir şəhər başçısız qaldı

29-08-2018


[r32]
Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

“AzPolitika.info”nun məlumatına görə, sərəncamla Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Vaqif Bəhram oğlu Həsənov daha öncə Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Vaqif Həsənov

Dövlət başçısının digər sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İbrahim Mustafayev daha öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi vəzifəsində çalışıb.

İbrahim Mustafayev

Bundan əlavə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Ancaq Niyazi Bayramovun yerinə təyinat olmadığından, Mingəçevir şəhəri hələlik icra başçısız qalıb.

2 rayona yeni icra başçısı təyin olundu – Bir şəhər başçısız qaldı