İçeriğe geçmek için "Enter"a basın

Elmar Vəliyev işdən azad edildi

28-08-2018


[r32]
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“AzPolitika.info”nun məlumatna görə, Prezidentin Sərəncamında deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Elmar Rüstəm oğlu Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

Prezident digər sərəncəmı ilə Gəncə şəhərinə yeni icra başçısı təyin olunub. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə Niyazi Bayramov təyin olunub.

Bundan əvvəl prezident Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Niyazi Bayramov kimdir?

Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.

1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində Şöbə Müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Müavini vəzifələrində çalışıb. 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın Rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin Rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin Müavini işləmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin Rəisi,vəzifələrində işləyib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibə iştirakçısıdır. Polkovnikdir.

Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.

****
Elmar Vəliyev niyə işdən çıxarıldı?

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən azad olunub. Onun yerinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi İbrahimov təyin oluub.

Etibarlı mənbədən Axar.az-a verilən məlumata görə, E.Vəliyevin vəzifədən alınması qərarı ona qarşı törədilmiş sui-qəsddən sonra uzunmüddətli müalicəyə və bərpaya ehtiyac duyması ilə bağlıdır.

Belə ki, E.Vəliyevin səhhəti ilə bağlı son görüntülər də sabiq merin hələ tam sağlamlığa qovuşmadığını göstərir. Həkimlər onun iş qabiliyyətini tam bərpa etməsinin hələ uzun zaman tələb etdiyini bildirirlər. Gəncə kimi böyük və mühüm şəhərin meri postunu isə uzun müddət boş saxlamaq məqsədəuyğun hesab olunmur.

Elmar Vəliyev işdən azad edildi