İçeriğe geçmek için "Enter"a basın

Elmar Vəliyevin videogörüntüləri yayıldı

26-08-2018


[r32]
Gəncənin icra başçısı Elmar Vəliyevin tam sağaldığını əks etdirən yeni görüntülər yayılıb. İcra başçısının müalicə aldığı xəstəxananın rəsmi sosial şəbəkə hesabında paylaşılan videoda E. Vəliyevin gəzə bildiyi əks olunub.
“Medicalpark” Xəstəxanasının həkimi Türker Kılıç Gəncə icra başçısının görüntülərini xəstəxananın rəsmi səhifəsində paylaşaraq Elmar Vəliyevin sağlamlığına tamamilə qovuşduğunu bildirib.

Məlumat üçün bildirək ki, bu gün icra başçısının daha bir videosu yayılıb. Lakin sosial şəbəkələrdə bu videonun köhnə tarixə aid olduğu, hətta videodakı şəxsin E. Vəliyev olmadığı iddia edilib.

Ancaq yaxınları bu videonun bir ay əvvəl, əməliyyatdan sonra çəkildiyini bildiriblər. Yemək yeyərkən yayılan görüntülərin isə yeni olduğu deyilir.

Həmin görüntüləri təqdim edirik:

Elmar Vəliyevin videogörüntüləri yayıldı