İçeriğe geçmek için "Enter"a basın

Naxçıvana yeni icra başçısı təyin edildi

30-07-2018

Prezident İlham Əliyev Vüqar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, M. Seyidov bundan əvvəl Naxçıvan Ali Məclisi Aparatında şöbə müdiri və Naxçıvanın nəqliyyat naziri vəzifələrində çalışıb.

Naxçıvana yeni icra başçısı təyin edildi